RU

İraq sahillərində hücuma məruz qalmış tankerlərdə yanğın söndürülüb

İraq sahillərində hücuma məruz qalmış tankerlərdə yanğın söndürülüb

İraqın cənub sahilləri yaxınlığında hücuma məruz qalmış iki neft tankerində yanğın söndürülüb.

AFN.az xəbər verir ki, bu barədə "Shafaq News" portalı məlumat yayıb. Mənbələrin verdiyi məlumata görə, hazırda xilasedicilər ekipaj üzvləri arasında xəsarət alanların və həlak olanların axtarışını aparırlar. Axtarış-xilasetmə işləri həm tankerlərin göyərtəsini, həm də ətraf akvatoriyanı əhatə edir.

Daha əvvəl İraq təhlükəsizlik xidmətinin mətbuat mərkəzinin rəhbəri general Saad Maan bildirmişdi ki, İraq xilasediciləri yanan gəmilərdən 38 dənizçini təxliyə edə biliblər, onlardan biri həlak olub.

Məlumata görə, müvafiq olaraq Marşall adaları və Malta bayraqları altında üzən "Safesea Vishnu" və "Zefryros" neft tankerləri martın 12-nə keçən gecə İraqın Umm-Qasr limanı yaxınlığında minalanmış katerlərin hücumuna məruz qalıb. Toqquşma nəticəsində tankerlərdə güclü yanğın başlayıb.

Gəmilərin mənsubiyyəti barədə rəsmi məlumat verilməsə də, İraqın Neft Marketinqi üzrə Dövlət Şirkəti (SOMO) Marşall adaları bayrağı altındakı tankeri icarəyə götürdüyünü təsdiqləyib. Hələlik insidentə görə məsuliyyəti heç kim öz üzərinə götürməyib.

Избранный
69
afn.az

1Источники