RU

ÇL: PSJ "Çelsi"ni, "Real" isə "Mançester Siti"ni darmadağın etdi

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları yekunlaşıb.

Fanat.Az xəbər verir ki, bu gün daha 4 oyun baş tutub.

“Real” evdə “Mançester Siti” ilə qarşılaşıb. Madrid təmsilçisi ilk oyunda darmadağına sevinib.

PSJ də “Çelsi”ni 5 qolla məğlub edib. “Bodo Qlimt” isə “Sportinq”i darmadağınla yola salıb.

“Bayer”lə “Arsenal”ın ilk görüşü isə bərabərliklə yekunlaşıb.

UEFA Çempionlar Liqası
1/8 final mərhələsinin ilk oyunları
11 mart

Bayer (Almaniya) – Arsenal (İngiltərə) 1:1
Qollar: Andrix, 46 – Haverts, 89-pen.

Bodo Qlimt (Norveç) – Sportinq (Portuqaliya) 3:0
Qollar: Fet, 32-pen. Blomberq, 45+1. Hoq, 71.

PSJ (Fransa) – Çelsi (İngiltərə) 5:2
Qollar: Barkola, 10. Dembele, 40. Vitinya, 74. Kvaratsxeliya, 86; 90+4 – Qusto, 28. E.Fernandes, 57.

Real (İspaniya) – Mançester Siti (İngiltərə) 3:0
Qollar: Valverde, 20; 27; 42.

 

Избранный
77
2
fanat.az

3Источники