Rəsmi Tehran regional sülhə sadiqdir, lakin gələcəkdə ABŞ və İsraildən hücum etməmək barədə qəti zəmanətlər lazımdır.
"Far.Az"un məlumatına görə, İran Prezidenti Məsud Pezeşkian "X" sosial şəbəkəsində yazıb.
"Rusiya və Pakistan liderləri ilə danışıqlar zamanı İranın regionda sülhə sadiqliyini bir daha təsdiqlədim. (İsrail - red.) və ABŞ tərəfindən başladılan bu müharibəyə son qoymağın yeganə yolu İranın qanuni hüquqlarını tanımaq, təzminat ödəmək və təcavüzün təkrarlanmamasına dair qəti beynəlxalq zəmanətlər verməkdir", - paylaşımda bildirilir.
Xatırladaq ki, martın 10-da Rusiya və İran prezidentləri Vladimir Putinlə Məsud Pezeşkian arasında telefon danışığı olub.