RU

"Hizbullah" yeni əməliyyatıların başladığını elan etdi

Ajans.az xəbər verir ki, bu barədə "Al Jazeera" məlumat yayıb. Bildirilir ki, qruplaşma İranla birlikdə İsrailin şimalına hücum həyata keçirib. Məlumatlara görə, bu hücum Yaxın Şərqdə münaqişənin kəskinləşməsindən sonra "Hizbullah" və İranın İsrailə qarşı ilk koordinasiyalı zərbəsi olub. Qeyd olunub ki, qruplaşma İsrailə doğru təxminən 100 raket buraxıb. İsrailin şimalında baş verən kütləvi raket hücumu nəticəsində iki nəfər yaralanıb.

Buna cavab olaraq İsrail Müdafiə Ordusu (SAXAL) Beyrutda və ümumilikdə Livan ərazisində qruplaşmanın infrastrukturuna və raket buraxılış qurğuların qarşı bir sıra zərbələr endirdiyini açıqlayıb.

Избранный
47
1
Ajans.az

2Источники