RU

Bakıda “əl enerjisi” ilə müalicə edən Özbəkistan vətəndaşı saxlanılıb

Bakıda fəaliyyət göstərən özəl estetik klinikalardan birində “əl enerjisi” ilə müalicə apardığı iddia olunan əcnəbi saxlanılıb.

Özbəkistan vətəndaşı  İqbol Soliyev polis əməkdaşları tərəfindən tutulub. Hazırda faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti hadisəni Oxu.Az-a təsdiqləyib.

Qeyd edək ki, İqbol Soliyev özünü “Bionur” mərkəzinin sahibi kimi təqdim edir. Sosial şəbəkələrdə onun qəbuluna çox sayda insanın müraciət etməsi və klinikanın qarşısında uzun növbələrin yaranması ilə bağlı görüntülər yayılıb.

AzPost.az

Избранный
95
3
azpost.info

4Источники