RU

İrəvandan Naxçıvana “yol” təklifi - məqsəd?

Baş naziri Nikol Paşinyan deyib ki, Ermənistan bu gündən etibarən Türkiyədən Azərbaycana yük maşınlarının Ermənistan ərazisindən tranzitini təmin etməyə hazırdır. “Bu gündən etibarən Türkiyədən Azərbaycana və Azərbaycandan Türkiyəyə yük maşınlarının Ermənistan ərazisi ilə tranzitini təmin etməyə hazırıq”, o, bildirib. Paşinyanın Avropa səfərində növbəti dəfə belə bir anonsla çıxış etməkdə məqsədi nədir: Zəngəzur dəhlizini arxa plana keçirmək, yoxsa…

Ermənişünas alim Qafar Çaxmaqlı Musavat.com-a bildirib ki, Azərbaycandan Ermənistana taxıl, yanacaq göndərilməsindən sonra Ermənistanın hansı jest edəcəyi maraq doğururdu: “Azərbaycandan təklif gəlməmiş, Paşinyan hökümətin iclasında gözlənilmədən belə bir addım atacaqlarını bəyan etdi. Ermənistanda iqtidara bağlı adamlar tərəfindən bu, belə şərh olunur ki, Paşinyan sülh üçün yaranmış durumu əldən vermir”.

Q.Çaxmaqlı revanşistlərin müqavimətini də unutmamağı tövsiyyə edir: “Əlbəttə, müxaliflər Naxçıvana nəzərdə tutulan dəhlizin açılması və bunun qalıcı olacağını deyirlər. Həm də Paşinyan TRİPP deyilən layihəyə mane olmaq istəyən qüvvələrə başqa yol qoymur”. Ekspert vurğulayıb ki, Paşinyanın bu addımını son zamanlar İran-ABŞ, İsrail müharibəsi ilə sözügedən layihənin təhlükəyə düşəcəyini deyən və bunu arzu edən qüvvələrə baş nazirin cavabı kimi də dəyərləndirmək olar.

Elşad,
Musavat.com

Избранный
47
13
musavat.com

10Источники