RU

Artıq ailəmi və uşaqlarımı təhdid edirlər Orban

GlobalInfo saytına istinadən ain.az xəbər verir.

Macarıstanın Baş baziri Viktor Orban bildirib ki, son vaxtlar ona və ailəsinə qarşı təhdidlər artıb.

Globalinfo.az xəbər verir ki, Orban bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Macarıstanın Baş naziri qeyd edib ki, bəzi ukraynalılar tərəfindən ünvanlanan mesajlarda artıq onun ailə üzvləri də hədəfə alınır. Onun sözlərinə görə, bu vəziyyət qəbuledilməzdir.

“Ukraynalılar artıq ailəmi, uşaqlarımı və nəvələrimi təhdid edirlər. Hər şeyin bir həddi var”, – deyə Viktor Orban bildirib.

Baş nazir vurğulayıb ki, siyasi mübahisələr və fikir ayrılıqları mümkündür, lakin ailə üzvlərinə qarşı təhdidlər heç bir halda qəbul edilə bilməz. Orban bu cür halların yolverilməz olduğunu və təhlükəsizlik məsələlərinin ciddi şəkildə araşdırılacağını qeyd edib.

Tahir Turan

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
100
1
globalinfo.az

2Источники