Azərbaycan güləşçisi Gültəkin Şirinova (55 kq) və Günay Qurbanova (59 kq) Serbiyanın Zrenyanin şəhərində davam edən güləş üzrə U-23 Avropa çempionatında finala vəsiqə qazanıblar.
Fanat.Az xəbər verir ki, Şirinova moldovalı rəqibi Mihaela Samoili, Qurbanova isə rumıniyalı Ana Mariya Puyunu üstələyib.
Avropa çempionatına martın 15-də yekun vurulacaq.