RU

Qətər İranla bağlı hərbi gərginliyə dərhal son qoyulmasına çağırıb

ain.az xəbər verir, Azpost saytına əsaslanaraq.

Qətər hökuməti İranla bağlı hərbi gərginliyə dərhal son qoyulmasına çağırıb. 

Azpost.info bildirir ki, bu barədə hökumətin rəsmi açıqlamasında bəyan olunub.

“Bütün eskalasiya hərəkətlərinə dərhal son qoyulmasını və böhranın həlli, regionda təhlükəsizliyin təmin edilməsi üçün diplomatik səylərin gücləndirilməsini tələb edirik”-deyə açıqlamada vurğulanır.

Qətər Daxili İşlər Nazirliyi isə vəziyyətin sürətlə gərginləşməsi ilə əlaqədar sakinlərin mobil telefonlarına təcili xəbərdarlıq göndərib.

Xəbərdarlıqda təhlükəsizlik təhdidi səviyyəsinin “yüksək” səviyyəyə qaldırıldığı bildirilir. Sakinlərə və ölkəyə gələn qonaqlara evdən çıxmamaq, açıq ərazilərdən uzaq durmaq tövsiyə olunur.

AzPost.az

Paylaş

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
6
1
azpost.info

2Источники