RU

İran millisi Dünya Kubokuna dəvət olunacaq İnfantino Trampla danışdı

Redaktor.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

FİFA prezidenti Canni İnfantino ABŞ prezidenti Donald Trampın İran milli komandasını 2026-cı il dünya çempionatında görməkdən məmnun olacağını bildirib.

Redaktor.az xəbər verir ki, bu barədə xarici KİV yazıb. 

"Mən ABŞ Prezidenti Donald Trampla qarşıdan gələn Dünya Kubokuna hazırlıqları və cəmi 93 gün qalmış turnirdən əvvəl artan həyəcanı müzakirə etmək üçün görüşdüm. Biz həmçinin İrandakı mövcud vəziyyəti və İran komandasının 2026-cı il turnirinə vəsiqə qazanmasını müzakirə etdik. Müzakirə zamanı Tramp İran komandasının ABŞ-də keçiriləcək turnirə dəvət olunacağını təsdiqlədi. 

İnsanları birləşdirmək üçün hamımızın Dünya Kuboku kimi tədbirlərə ehtiyacı var. ABŞ Prezidentinə dəstəyinə görə səmimi qəlbdən təşəkkür edirəm. Bu, bir daha sübut edir ki, futbol dünyanı birləşdirir", - deyə o qeyd edib. 

Daha əvvəl İran Futbol Federasiyasının prezidenti Mehdi Tac İran milli komandasının 2026-cı il Dünya Kubokunda iştirakının sual altında olduğunu bildirmişdi. Daha sonra Britaniyanın "Daily Mail" qəzeti turnirin boykot edilməsi halında Rusiya millisinin İranı əvəz edə biləcəyini yazmışdı.

Qeyd edək ki, 2026-cı il dünya çempionatının qrup mərhələsində İran millisi Yeni Zelandiya, Belçika və Misir milli komandaları ilə eyni qrupda yer alıb. Bu qrupdakı bütün oyunların ABŞ-də keçirilməsi planlaşdırılır.

Xatırladaq ki, 2026-cı il Dünya Kuboku 11 iyun - 19 iyul tarixlərində Meksika, Kanada və ABŞ-də keçiriləcək.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
34
29
redaktor.az

10Источники