RU

"İranla müharibə tezliklə bitəcək" - Tramp

ABŞ prezidenti Donald Tramp İranla müharibənin "tezliklə" bitəcəyini söyləyib. 

"Unikal" xəbər verir ki, Amerika lideri bu barədə "Axios"a müsahibəsində danışıb. O bildirib ki, buna səbəb "zərbə vuracaq demək olar ki, heç nəyin qalmaması"dır. 

"Müharibə əla gedir. Biz qrafikdən çox irəlidəyik. Hətta ilkin altı həftəlik dövrdə belə, mümkün hesab etdiyimizdən daha çox ziyan vurmuşuq", - deyə Tramp qeyd edib. 

O bildirib ki, İranın düşmənçiliyi təkcə İsrail və ABŞ-yə deyil, həm də Fars körfəzi dövlətlərinə də şamil olunur: 

"Onlar bütün Yaxın Şərqə hücum ediblər. İndi onlar 47 illik ölüm və dağıntıların əvəzini ödəyirlər. Bu, qisasdır. Onlar asanlıqla qurtula bilməyəcəklər".

Избранный
30
unikal.az

1Источники