RU

İran dünya çempionatında olmayacaq – RƏSMİ

İranın gənclər və idman naziri Əhməd Dünyamalı futbol üzrə milli komandanın 2026-cı il dünya çempionatında iştirak etməyəcəyini açıqlayıb.

İdmanxeber.az-ın məlumatına görə, nazir bu qərarı ABŞ və İsraillə davam edən müharibə ilə əlaqələndirib. Onun sözlərinə görə, son aylarda ölkədə baş verən hərbi toqquşmalar nəticəsində İran ciddi itkilər verib və belə bir şəraitdə komandanın mundialda iştirakı mümkün deyil.

Qeyd edək ki, 2026-cı il dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək. İran millisi seçmə mərhələni uğurla başa vuraraq turnirə vəsiqə qazanmışdı.

Избранный
24
29
idmanxeber.az

10Источники