RU

Yunanıstan Kubokunun qalibi olan voleybolçu: Karyeranın sonlarına yaxın titul qazanmaq xüsusi hissdir

Azertag saytına istinadən ain.az xəbər verir.

Bakı, 11 mart, AZƏRTAC

Komandamla Yunanıstan Kubokunu qazanmaq mənim üçün xüsusi hissdir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan millisinin və Yunanıstanın "Panionios" klubunun voleybolçusu Polina Rəhimova deyib.

O, qələbə qazanmağın hər zaman xoş olduğunu söyləyib: “Peşəkar idmanla məşğul olmağımızın əsas səbəbi də budur. Çətin mübarizədən sonra qazanılan qələbə insana böyük adrenalin və xoşbəxtlik hissi yaşadır”.

Voleybolçu "Tiras" komandası ilə keçirdikləri final görüşündə 3:1 hesablı qələbə qazanmalarına da münasibət bildirib: “Bu hesab hansısa bir epizoddan yox, komanda işindən xəbər verir. Biz qalib gəlmək istəyirdik və düşünürəm ki, qələbənin əsası yarımfinal mərhələsində qoyuldu. Hər iki komanda yaxşı oynadı və meydanda maraqlı mübarizə getdi”.

Karyerası ərzində çoxlu titul qazandığını xatırladan P. Rəhimova Yunanıstandakı bu uğurun da onun üçün xüsusi əhəmiyyət daşıdığını deyib: “Amma idman karyerasının sonlarına yaxın böyük nailiyyət əldə etmək xüsusilə xoş hissdir. Karyeranı yüksək nəticə ilə başa vurmaq hər bir idmançı üçün çox önəmlidir”.

Qarşıdakı hədəflərdən danışan 35 yaşlı oyunçu mövsümün hələ başa çatmadığını vurğulayıb: “Mövsüm hələ bitməyib, qarşıda iki ay var. Növbəti əsas məqsədimiz Yunanıstan çempionatının da qalibi olmaqdır”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
31
1
azertag.az

2Источники