RU

FHN: Yanğın təhlükəsizliyi ilə bağlı aidiyyəti qurumların koordinasiyalı fəaliyyəti vacibdir

ain.az bildirir, Azertag portalına istinadən.

Bakı, 11 mart, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin təşəbbüsü və Bərdə Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə yanğın təhlükəsizliyi ilə bağlı müşavirə keçirilib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, müşavirədə Dövlət Yanğın Nəzarəti Xidmətinin Qarabağ Regional Yanğın Nəzarəti İdarəsinin və Bərdə Rayon İcra Hakimiyyətinin rəhbərliyi və məsul əməkdaşları, rayonda fəaliyyət göstərən aidiyyəti idarə, müəssisə və təşkilatların vəzifəli şəxsləri iştirak ediblər.

Müşavirədə 2025-ci il ərzində rayon ərazisində yanğın nəzarəti sahəsində görülən işlər və aparılan yanğın-texniki müayinələrin nəticələri müzakirə olunub, müxtəlif təyinatlı obyektlərin yanğına qarşı vəziyyətindən, mövcud problemlər və onların həlli yollarından, çatışmazlıqların aradan qaldırılması sahəsində qarşılıqlı fəaliyyət istiqamətlərindən bəhs edilib.

Müşavirədə yanğın təhlükəsizliyi ilə bağlı hazırlanmış birgə fəaliyyət planı barədə məlumat verilib, yanğına qarşı qabaqlayıcı tədbirlərin səmərəliliyinin artırılması məqsədilə aidiyyəti qurumların koordinasiyalı fəaliyyətinin vacibliyi, eyni zamanda, bu cür tədbirlərin keçirilməsinin əhəmiyyəti vurğulanıb.

Qarşıdan gələn yaz-yay mövsümü ilə əlaqədar meşə və yaşıllıq ərazilərdə yanğın hallarının baş verməməsi üçün kənd təsərrüfatı ilə məşğul olan sahibkarların, fermerlərin, meşə ətrafında yaşayan kənd sakinlərinin, heyvandarlıq və əkinçiliklə məşğul olan vətəndaşların odla ehtiyatlı davranması və yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etməsinin vacibliyi xüsusi qeyd olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
48
3
azertag.az

4Источники