Azərbaycan Respublikasının Əməkdar artisti Aygün Hümbətova Türkiyənin paytaxtı Ankara şəhərində vəfat edib. Yeniavaz.com xəbər verir ki, bu barədə Mədəniyyət Nazirlyi məlumat yayıb.
***6 yanvar, saat 21:28 Azərbaycan Respublikasının əməkdar artist Aygün Hümmətova (Bəylər) haqqında yayılan ölüm xəbərləri həqiqəti əks etdirmir. Yeniavaz.com xəbər verir ki, bu barədə APA-ya Mədəniyyət Nazirliyinin Media və Kommunikasiya şöbəsinin müdiri Aynur Kərimova məlumat verib. “Saat 22:50-də Ankara-Bakı reysi ilə Vətənə gətiriləcək. Hazırda süni tənəffüs aparatına qoşulub”, - o deyib.
***21:08 Azərbaycan Respublikasının Əməkdar artisti Aygün Hümmətova (Bəylər) vəfat edib. Yeniavaz.com oxu.az-a istinadən xəbər verir ki, məlumatı Mədəniyyət Nazirliyi təsdiqləyib. Qeyd edək ki, Aygün Bəylər müalicə almaq üçün bir neçə gün əvvəl Ankaraya yollanıb.