RU

Dünyanın ən varlı rejissorunun adı MƏLUM OLDU

Oxu.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

ABŞ-li rejissor Stiven Spilberq dünyanın ən varlı rejissoru olub.

Oxu.Az xəbər verir ki, bu barədə "Forbes" jurnalı məlumat yayıb. Nəşr qeyd edib ki, 79 yaşlı rejissorun sərvəti 7.1 milyard dollara çatıb. Bu, ötən illə müqayisədə 1.8 milyard çoxdur.

Qeyd edilib ki, Stiven Spilberqin filmləri dünya miqyasında 10 milyard dollardan çox gəlir əldə edib. Bundan əlavə, rejissor "Universal" studiyasının əyləncə parklarında satılan biletlərin də müəyyən faizini götürür.

Xatırladaq ki, Stiven Spilberq "Çənələr", "Yadplanetli", "Şindlerin siyahısı", "Yura dövrü parkı" və "İndiana Cons" kimi ekran əsərləri ilə şöhrət qazanıb.

Son dövrlərdə rejissorun çəkdiyi filmlər arasında "Vest sayt hekayəsi" və "Fabelmanların adını çəkmək olar.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
55
2
oxu.az

3Источники