RU

Gəncləri uçuruma sürükləyən BƏLA: Mərc oyunlarından necə xilas olaq?

Bu gün demək olar ki, əksər platformalarda onlayn mərc oyunları reklam olunur. Bu da gənclər üçün maddi və psixoloji risklər yaradır. Gənclərin belə platformalara çıxışının asanlaşması məsələnin alt qatında asan pul qazanmaq dayandığı üçün onları zamanla uçuruma sürükləyir.

Bu sahədə maarifləndirmə və dövlət nəzarəti hansı formada gücləndirilməlidir?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən sosioloq Sahib Altay deyib:

İndiki

“Bizdə ekspert nəzarəti deyilən şey yox səviyyəsindədir. Onları efirə dəvət edirlər və bir mövzu müzakirə edilir. Nəyəsə problem adı verilir ancaq onun nədən qaynaqlandığı açıqlanmır”.

Sosioloqun sözlərinə görə, xüsusi sosial layihələr yox səviyyəsindədir. Dövlət dəstəkli nəzarət komissiyaları azdır. İctimai nəzarət təkcə polis tərəfindən yerinə yetirilməməlidir. Məsələnin başqa yönləri də var.

“İctimai nizamın təşkil olunmasında həm fiziki, həm də mənəvi olaraq harada boşluq görülürsə, xüsusi nəzarət komissiyaları, araşdırmaçılar təşkil edilməlidir”, — deyə Sahib Altay əlavə edib.

Sosioloq bildirib ki, bunun üçün də dövlətin sosial işçilik institutu olmalıdır. Bizdə isə bu, sıfır səviyyəsindədir. Ədliyyə Nazirliyində bir neçə sosial işçi vakansiyası var. Bu institut da dövlətə belə mövzularda yardım etməlidir.

Sahib Altay qeyd edib ki, kütləvi şəkildə gənclər, gənc ailələr sırf qumar oyunlarından dolayı (fiziki və ya onlayn) böyük əziyyət çəkirlər. Ən çox müzakirə olunan asılılıq növü narkomaniyadırsa, ondan da betəri “iqramaniya”dır. Bu, artıq xəstəlik səviyyəsinə çatıb.

Sosioloq belə məsələlərin araşdırılmadığını vurğulayıb:

“Yetərincə nəzarət də yoxdur. Üstəlik, pullu oyunlar aşkarlanaraq tədbir görülsə də, onlayn oyunlarla bağlı ciddi addımlar atılmır. Nəzarət olsa belə, saytlar, səhifələr, sosial şəbəkələr vasitəsilə bunun reklamları təşkil olunur. İnsanlar aldadılır. Beləliklə, nəticələr də çox vaxt faciəvi olur. Yəni, ailələr dağılır. Mənim araşdırmama əsasən, “iqramaniya”ya görə intihar hadisələri çoxdur. Bunun efirlər və media vasitəsilə maarifləndirilməsi aparılmalıdır. Amma ən əsası ciddi nəzarət tədbirləri olmalıdır”.

Dəniz Pənahova
KONKRET.az

Избранный
67
1
konkret.az

2Источники