
Azərbaycanlı deputatlar Latviyada parlament nümayəndəsi ilə görüşüb
Azərbaycan Milli Məclisinin deputatları Fazil Mustafa, Kamran Bayramov və Sevil Mikayılova Latviyaya səfər çərçivəsində Oleqs Burovs ilə rəsmi görüş keçiriblər.
Görüşdə Latviya–Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri və parlamentdə komitə sədri olan Burovsla iki ölkə arasında əməkdaşlıq məsələləri müzakirə olunub.
Görüşlə bağlı bildirilib ki, Oleqs Burovs Azərbaycanın səmimi dostlarından biridir və iki ölkə arasında münasibətlərin inkişafına daim dəstək verir.
Qeyd edək ki, bir qrup deputat hazırda Latviyada səfərdədir və səfər çərçivəsində bir sıra rəsmi görüşlər keçirir.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта