RU

İran bu gün 10 generalını dəfn edir - VİDEO

Tehranın İslam İnqilabı Meydanında öldürülən İran generalları ilə vida mərasimi keçirilir. 

"Unikal" xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb. 

Qeyd olunub ki, "Ramazan müharibəsi"ndə həlak olan bir qrup komandan və məmurun dəfn mərasimi başlayıb. 

Vida mərasimi keçirilən generallar bunlardır: 

- Silahlı Qüvvələrin Baş Qərargah rəisi Əbdülrəhim Musəvi;
- İnqilab Keşikçilərinin Baş Komandanı Məhəmməd Pakpur;
- Milli Müdafiə Şurasının baş katibi, Silahlı Qüvvələrin Müdafiə və Dəstək naziri general-mayor Əziz Nəsirzadə;
- Ali Baş Komandan Ofisinin rəisi general Dərbəği, 
- general Əli Tacik, 
- general Davud Əskəri, 
- general Hüseyni Motləğ, 
- general Babaiyan, 
- general Hilali
- general Rezaian.

Ağarza Elçinoğlu 

Избранный
4
unikal.az

1Источники