RU

İran ABŞ və İsraili iqtisadi mərkəzlərinə zərbə vurmaqla hədələdi

Oxu.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

İran Yaxın Şərqdə ABŞ və İsraillə əlaqəli iqtisadi mərkəzlərə və banklara zərbə endirə bilər.

Oxu.Az xəbər verir ki, bu barədə "Əl-Cəzirə" televiziya kanalı İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Mərkəzi Qərargahı olan "Xatəm əl-Ənbiya"ya istinadən açıqlama yayıb.

Qeyd olunub ki, qərar İsrail və ABŞ-nin hava zərbələri zamanı Tehranda banka edilən hücumdan sonra verilib.

"ABŞ ordusu və sionist rejim hərbi məqsədlərinə çata bilmədikdən sonra ölkənin banklarından birini hədəfə aldı. Bu hərəkətlə düşmən bizə ABŞ-yə və bölgədəki sionist rejiminə məxsus iqtisadi mərkəzlərə və banklara zərbə endirmək imkanı verdi. ABŞ bizim ağrılı əks tədbirlərimizi gözləməlidir", - deyə açıqlamada qeyd olunub. Bundan başqa Yaxın Şərq ölkələrinin sakinlərinə bu bankların bir kilometr radiusunda olmamağı tövsiyə edilib.

Daha sonra "Tasnim" xəbər agentliyi Yaxın Şərqdəki ofisləri və infrastruktur obyektləri "yeni İran hədəfləri" kimi təyin edilən ABŞ şirkətlərinin siyahısını dərc edib. "Əl-Cəzirə" və CNN-in məlumatına görə, onlar arasında "Google", "Microsoft", "Palantir", IBM, "Nvidia" və "Oracle" var. Bu şirkətlərin bulud xidmətləri infrastrukturu və onların ofisləri İsrailin bir neçə şəhərində və Fars körfəzinin bir sıra ölkələrində yerləşir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
13
oxu.az

1Источники