RU

Macarıstan komissiyası Drujba neft kəmərini yoxlamaq üçün Ukraynaya GƏLDİ

ain.az, Redaktor.az portalına istinadən məlumat verir.

Macarıstan nümayəndə heyəti “Drujba” neft kəmərini yoxlamaq üçün Ukraynaya səfər edib.

Redaktor.az xəbər verir ki, bu barədə Macarıstanın "Index" nəşri məlumat yayıb.

Məlumata görə, nümayəndə heyəti Kiyev tərəfindən bağlanmış Drujba neft kəmərinin vəziyyətini yerində yoxlamaq üçün ölkəyə gəlib.

Komissiyaya Macarıstan Energetika Nazirliyinin dövlət katibi Qabor Çepek rəhbərlik edib.

Macarıstan hökumətinin sözçüsü Zoltan Kovaç daha əvvəl bildirib ki, nümayəndə heyətinin Ukrayna ərazisinə buraxılıb-buraxılmayacağı hələlik məlum deyil.

Martın 6-da Viktor Orban Kiyev “Drujba” neft kəmərini yenidən işə salana qədər ölkəsinin Ukraynaya vacib təchizatların öz ərazisindən tranzitini dayandıracağını açıqlayıb.

Bundan əvvəl Qabor Çepek Ukraynaya ya Rusiya neftinin tranzitini üç gün ərzində bərpa etməyi, ya da müfəttişlər qrupunun Drujba neft kəmərini yoxlamasına icazə verməyi təklif edib.

Aminə ŞAHSUVARQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
28
1
redaktor.az

2Источники