RU

Antonio Koşta: Azərbaycan Aİ üçün əsas tərəfdaşdır

Qaynarinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Azərbaycan Avropa İttifaqı (Aİ) üçün əsas tərəfdaşdır.

Qaynarinfo xəbər verir ki, bu barədə Aİ Şurasının prezidenti Antonio Koşta "X" sosial şəbəkəsində yazıb və paylaşımını Bakının mərkəzindəki Şirvanşahlar sarayının fotosu ilə müşayiət edib.

"Bu gün Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü səbirsizliklə gözləyirəm", - o yazıb.

A.Koşta paylaşımında Azərbaycanla strateji tərəfdaşlığın vacibliyini vurğulayıb və qeyd edib ki, son bir ildə ölkənin Aİ ilə münasibətlərinə yeni təkan verilib.

"Biz təhlükəsizlik, energetika, rəqəmsal texnologiyalar və nəqliyyat sahələrində əməkdaşlığın daha da dərinləşdirilməsinə sadiqik. Həmçinin sürətlə dəyişən geosiyasi vəziyyəti nəzərə alaraq son hadisələri müzakirə edəcəyik", - o əlavə edib.

In Baku ?? today, looking forward to meeting @presidentaz Ilham Aliyev.Azerbaijan is a key partner for the EU.Over the past year, we have re-energised our relationship.We are committed to further deepening our relationship on security, energy, digital and transport.We… pic.twitter.com/tm2Zjwe1xE

— António Costa (@eucopresident) March 11, 2026

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
26
1
qaynarinfo.az

4Источники