RU

Bu rayonlara qar yağacaq - Şaxtalı hava

Martın 12-də Azərbaycanın şəhər və rayonlarında gözlənilən hava şəraiti açıqlanıb.    

Bu barədə “Yeni Sabah”a  Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-5° isti, gündüz 7-12° isti olacaq. Atmosfer təzyiqi 775 mm civə sütunundan 772 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 55-60 % təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi yerlərdə az yağıntılı olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman müşahidə olunacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-7° isti, gündüz 8-13° isti, dağlarda gecə 7-12° şaxta, gündüz isə 3° şaxtadan 2°-dək isti olacaq.

Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərurda hava əsasən yağmursuz keçəcək. Lakin axşama doğru bəzi dağlıq ərazilərdə qısamüddətli yağıntı və qar yağacağı ehtimalı var. Arabir duman olacaq və şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-7° şaxta, gündüz 5-10° isti olacaq.

Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Füzuli, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy və Göygöldə hava əsasən yağmursuz olacaq. Lakin gecə bəzi yerlərdə az yağıntılı olacağı ehtimal edilir. Arabir duman olacaq və şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-8° şaxta, gündüz 0-5° isti təşkil edəcək.

Şərqi Zəngəzurda – Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilanda hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə az yağıntı və qar yağacağı ehtimal olunur. Arabir duman müşahidə olunacaq və şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-3° isti, dağlıq ərazilərdə 8-12° şaxta, gündüz isə 3-8° isti olacaq.

Qazax, Gəncə, Samux, Goranboy, Tərtər, Şəmkir, Tovuz və Naftalanda bəzi yerlərdə arabir yağıntı, dağlıq ərazilərdə isə qar yağacağı gözlənilir. Gündüz yağıntılar tədricən kəsiləcək. Arabir duman olacaq və şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 7-11° isti təşkil edəcək.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba və Xaçmaz, Qusarda bəzi yerlərdə az yağıntı, dağlıq ərazilərdə isə qar yağacağı gözlənilir. Gündüz yağıntılar tədricən kəsiləcək, arabir duman olacaq və şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-4° isti, gündüz 7-11° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.

Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Bərdə, Beyləqan, Sabirabad, Mingəçevir, Biləsuvar, Saatlı, Göyçay, Ucar, Şirvan, Hacıqabul, Zərdab, Salyan və Neftçalada hava əsasən yağmursuz olacaq, arabir duman müşahidə olunacaq və şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-5° isti, gündüz 6-11° isti olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar və Cəlilabadda hava əsasən yağmursuz olacaq. Lakin gecə və səhər dağlıq ərazilərdə az yağıntı və qar yağacağı ehtimalı var. Arabir duman müşahidə olunacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-5° isti, gündüz 5-10° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 3-6° isti olacaq.


Telegram kanalımız
Избранный
37
49
yenisabah.az

10Источники