RU

İran Amerika və İsrail maliyyə mərkəzlərinə zərbə endirə bilər

Bakupost portalından verilən məlumata görə, ain.az xəbər yayır.

İran Yaxın Şərqdə ABŞ və İsrailə məxsus banklar və maliyyə mərkəzlərinin növbəti hücum hədəfi ola biləcəyini açıqlayıb.

Bakupost.az Güney Azərbaycan “Telegram” kanallarına istinadən xəbər verir ki, bu barədə SEPAH-ın Xatəmül-Ənbiya qərargahının sözçüsü məlumat verib. Bildirilib ki, İran banklarından birinə edilən hücuma cavab olaraq regiondakı Amerika və İsrail iqtisadi mərkəzləri hədəfə alına bilər.Bəyanatda qeyd olunub ki, ABŞ və İsrail hərbi məqsədlərinə nail ola bilmədikdən sonra İranın bank infrastrukturuna zərbə endirib. Bunun isə İranın ABŞ və İsrailə məxsus iqtisadi obyektləri hədəfə almasına səbəb olduğu vurğulanıb.Sözçü amerikalıların “ağrılı cavab zərbəsi” gözləməli olduğunu bildirib və region ölkələrinin vətəndaşlarına banklardan ən azı bir kilometr uzaq durmaq tövsiyə olunub.Cavid, BakuPost

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
34
1
www.bakupost.az

2Источники