RU

Azərbaycanda bu kəndlərin adı dəyişir

Bakı. Trend:

Martın 11-də Azərbaycan Respublikasının Milli Məclisi yanındaToponimiya Komissiyasının iclası keçirilib.

Bu barədə Trend-ə Milli Məclisin Mətbuat və ictimaiyyətləəlaqələr şöbəsindən məlumat verilib.

İclasda komissiyanın sədri İsa Həbibbəyli bildirib ki, gündəliyəQuba rayonunun inzibati ərazi dairəsinin tərkibinə daxil olanyaşayış məntəqələrinin adlarının dəyişdirilməsi ilə bağlı məsələdaxil edilib.

Bildirilib ki, ölkə ərazisində vaxtilə süni şəkildədəyişdirilmiş, müxtəlif dövrlərdə məkirli məqsədlərləsaxtalaşdırılmış 40-dan artıq yer adının Toponimiya Komissiyasıtərəfindən bərpa edildiyini söyləyib. Qeyd olunub ki, aparılandəyişikliklər Azərbaycanın milli maraqlarına və dövlətçilikmənafeyinə uyğun şəkildə həyata keçirilib, tarixi və millitoponimlərin qorunmasına və bərpasına xidmət edib.

Komissiya sədri bugünkü iclasda müzakirəyə çıxarılan məsələninmahiyyətindən bəhs edərək, Quba rayonunun inzibati ərazi dairəsinintərkibinə daxil olan kəndlərin adlarının dəyişdirilməsi ilə bağlıQuba Rayon İcra Hakimiyyətindən müraciət daxil olduğunu söyləyib.O, qeyd edib ki, müraciətə əsasən Vladimirovka, Alekseyevka vəTimiryazev yaşayış məntəqələrinin adlarının dəyişdirilərək müvafiqolaraq, “Elbir”, “Çinarlı” və “Bəhrəli” adlandırılması təklifolunur.

Məsələ ətrafında aparılan müzakirələrdə ToponimiyaKomissiyasının sədr müavini, parlamentin komitə sədri Musa Quliyev,komissiyanın üzvləri - parlamentin komitə sədri Anar İsgəndərov,deputatlar Hikmət Məmmədov, Elnarə Akimova, Əziz Ələkbərov,AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Toponimiya şöbəsininmüdiri Elçin İsmayılov, Azərbaycan Atatürk Mərkəzinin direktoruNizami Cəfərov, Azərbaycan Dövlət Pedaqoji Universitetininprorektoru Mahirə Hüseynova, xalq şairi Sabir Rüstəmxanlı,Azərbaycan Milli Elmlər Akademiyasının müşaviri Möhsün Nağısoyluçıxış edərək qeyd və təkliflərini səsləndiriblər.

İclasda Quba rayonunun inzibat ərazi dairəsinin tərkibinə daxilolan yaşayış məntəqələrinin adlarının dəyişdirilərək “Elbir”,“Çinarlı” və “Bəhrəli” adlandırılması məqsədəmüvafiq hesabolunub.

Tədbirdə Parlament Aparatının Dövlət quruculuğu, inzibati vəhərbi qanunvericilik şöbəsinin müdiri Hacı Mirhəşim Seyid, həminşöbənin sektor müdiri, Toponimiya Komissiyasının katibi Cavidİskəndərov və digər rəsmi şəxslər iştirak ediblər.

Избранный
66
1
az.trend.az

7Источники