RU

Fövqəladə hallar naziri Qəbələdə vətəndaşların müraciətlərini dinləyəcək

Bakı, 11 mart, AZƏRTAC

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov martın 13-də Qəbələ şəhərində, nazirliyin Şimal-qərb Regional Mərkəzinin binasında saat 10:00-dan Qəbələ, Oğuz, İsmayıllı və Ağdaş rayonları sakinlərinin qəbulunu keçirəcək.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, qəbula gələn vətəndaşların qeydiyyatı martın 12-də nazirliyin Şimal-qərb Regional Mərkəzinin binasında saat 09:00-da başlayacaq.

Qəbulda yalnız nazirliyin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq. Həmçinin qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Qəbul barədə daha ətraflı +994 (12) 512-01-14 nömrəsinə zəng etməklə və ya [email protected] elektron poçt ünvanına yazmaqla məlumat almaq olar.

 

Избранный
86
2
azertag.az

1Источники