RU

Ankara təmkinli davranır: NATO çox istəyər ki, Türkiyə müharibəyə çəkilsin

Məlum olduğu kimi, martın 9-da İrandan Türkiyəyə yeni raket atılıb. Raket Şərqi Aralıq dənizində NATO hava və raketdən müdafiə qüvvələri tərəfindən vurulub. Raketin parçaları Türkiyənin cənub-şərqindəki Qaziantep əyalətinə düşüb, hadisə nəticəsində heç kim xəsarət almayıb.

Hadisədən sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İran prezidenti Məsud Pezeşkian ilə telefon danışığı aparıb. Telefon danışığının Pezeşkianın təşəbbüsü ilə baş tutduğu bildirilir. Pezeşkian İranın Türkiyəyə raket zərbəsi endirməsi ilə bağlı iddiaları təkzib edib. İran prezidenti bildirib ki, Tehran regionda gərginliyin azalmasına çalışır və Türkiyəyə qarşı hər hansı hücum həyata keçirməyib. Pezeşkian əlavə edib ki, baş verən hadisələrin araşdırılması üçün birgə istintaq qrupunun yaradılmasına hazır olduqlarını Ankara tərəfinə çatdırıb.

Ərdoğan da Ankaranın İranla qarşıdurma niyyətində olmadığını vurğulayıb. O qeyd edib ki, mövcud vəziyyətdə diplomatiya qapılarının açıq saxlanılması hər zamankından daha vacibdir. Tərəflər söhbət zamanı regionda təhlükəsizlik vəziyyətini və gərginliyin daha da artmaması üçün mümkün addımları müzakirə ediblər.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan təhlükəsizlik üzrə ekspert İlham İsmayılln sözlərinə görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışında açıq şəkildə vurğulandı ki, İranın bu hərəkətləri dostluq və qonşuluq münasibətlərini korlaya bilər.

Siyasi şərhçi bu cür təxtribatların NATO-nun 5-ci maddəsinin tətbiqinə yol açıb-açmayacağını da şərh edib:

“Bilirik ki, NATO-nun 5-ci maddəsinin işləməsi üçün bürokratik əngəllər var. Ona görə də İrandan Türkiyəyə atılmış iki raket bu maddənin işə düşməsi üçün kifayət etmir. Çünki NATO daxilində parçalanma var. İspaniya başqa mövqedədir. Digər Avropa ölkələrinin də birmənalı mövqeyi yoxdur ki, onlar ABŞ-İsrailin başlatdığı savaşı tam dəstəkləyirlər”.

Onun fikrincə, əgər hadisələr daha da gərginləşərsə, Avropanın maraqları təhlükəyə düşərsə, Kiprdə Böyük Britaniyanın hərbi bazasına yönəlik hücum olarsa, NATO prosesə müdaxilə edə bilər. Dediyinə görə, indiki halda müharibənin uzanma ehtimalından söhbət gedir. İran sonuncu raketinədək atmağa davam edəcək, çünki Tehran üçün əsas məsələ müharibədə hansısa razılığa gəlmək yox, rejimin qorunmasıdır.

İlham İsmayıl: İran sonuncu raketinədək atmağa davam edəcək, çünki…

Müsahibimiz vurğulayıb ki, Türkiyə NATO-nun dəstəyi olmadan da öz maraqlarını sonadək müdafiə etmək imkanlarına sahibdir:

“Yəni NATO 5-ci maddəni işə salmaq üçün uzun müzakirələr apara bilər. Türkiyə özünü qorumaq və təhdidlərə cavab vermək üçün yetərli potensiala malikdir. Hətta Avropa, ABŞ və NATO çox istəyər ki, Türkiyə müharibəyə çəkilsin, İrana qarşı savaşın bir parçası olsun. Amma Türkiyə çox təmkinli davranır və yeganə ölkədir ki, bu məsələyə qarışmaq istəmir. Təbii ki, qardaş ölkənin öz “qırmızı xətti” var və o xəttin keçiləcəyi təqdirdə Türkiyə üçün NATO-nun hansı addım atacağı, nə reaksiya verəcəyi önəmli olmayacaq”.

Aydın Baxış

Избранный
22
1
bakivaxti.az

2Источники