RU

İrəvanadan Rusiyaya dəvət göndərildi

Müstəqil Dövlətlər Birliyinin (MDB) Parlamentlərarası Assambleyası bu il Ermənistanda keçiriləcək parlament seçkilərini müşahidə etmə üçün dəvət alıb.

"Yeni Sabah" Armenpress-ə istindla xəbər verir ki, Ermənistan Milli Məclisinin sədri Alen Simonyanın adından MDB Parlamentlərarası Assambleyası Şurasının sədri və Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkoya məktub göndərilib.

Məktubda MDB Parlamentlərarası Assambleyasının nümayəndə heyəti Ermənistanda keçiriləcək parlament seçkilərinin beynəlxalq müşahidəsində iştirak etməyə dəvət olunur.


Telegram kanalımız
Избранный
57
yenisabah.az

1Источники