RU

Mikels 50 yə dublla çatdı

Fanat saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Coy Lens Mikels Azərbaycan çempionatında 50-ci qolunu vurub.

Fanat.Az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki. onun yubileyi Misli Premyer Liqasının XXIII turunun "Qəbələ" ilə matçına (7:1) təsadüf edib.

Dubla imza atan almaniyalı hücumçu qol sayını 50-yə çatdırıb.

Azərbaycanda yalnız "Sabah"da forma geyinən Mikels 50-ci qolunu 102-ci oyununda vurub.

O, turnirin tarixində 50 və daha çox qola imza atan 44-cü futbolçudur. Coy Lensə qədər Abdullah Zubir və Emin Mahmudov da bu siyahıya cari mövsüm daxil olub.

Almaniyalı futbolçu 2021/2022 mövsümündə 11, növbəti çempionatda 17, 2023/2024 mövsümündə 1, ötən birincilikdə 9 dəfə fərqlənib. O, cari mövsümdə 12-ci dəfə rəqib qapılarına yol tapıb və hazırda çempionatın bombardiridir.

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
90
9
fanat.az

10Источники