RU

Dubay aeroportu yaxınlığına dronlar düşüb – 4 nəfər yaralanıb

Bakı. Trend:

Bir müddət əvvəl Birləşmiş Ərəb Əmirliklərinin Dubay Beynəlxalqaeroportu yaxınlığına iki İran pilotsuz uçuş aparatı düşüb.

Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.

Hücum nəticəsində dörd nəfərin yaralandığı bildirilir.

Dubay Media İdarəsi (Dubai Media Office) yaralananlardanikisinin Qana vətəndaşı, birinin Banqladeş vətəndaşı olduğunu vəaldıqları xəsarətlərin yüngül olduğunu açıqlayıb. Dördüncüzərərçəkən isə hindistanlıdır və onun orta-dərəcəli xəsarət aldığıdeyilir.

Dron hücumlarına rəğmən aeroportun uçuşları davam etdirdiyi qeydolunur.

Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlıdanışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldanetibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Bunacavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-ninregion ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücumedib.

İrana hərbi hava hücumlarının ilk günündə İranın Ali LideriAyətullah Seyid Əli Xamenei, bir sıra yüksək vəzifəli hərbçilərölüb. 8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə AyətullahSeyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü AliLideri seçib.

1-5 mart tarixlərində qarşıdurma daha da genişlənərək YaxınŞərqin müxtəlif ölkələrini əhatə edib.

ABŞ tərəfinin itkisinin 8 ölü, 140-dan çox yaralı olduğubildirilib.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniznəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafındatəhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətlərikəskin artıb və bir sıra ölkələr vətəndaşlarını regionu tərk etməyəçağırıb.

Məqalədə:
Избранный
13
az.trend.az

1Источники