RU

Ağasəlim Həsənov: Xocalı soyqırımından çıxardığımız nəticələr gələcək üçün istiqamət göstəricisidir

Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bakı, 11 mart, AZƏRTAC

Xocalı Memorial Kompleksi kədərin, hüznün və qürurun simvoludur. Bu, həm də qan yaddaşımızdır. Artıq Qarabağda işğal sona çatıb. Azərbaycan suverenliyini bərpa edib, işğaldan azad olunmuş ərazilərdə tikinti, quruculuq və bərpa işləri davam edir. Orada həyat yenidən öz axarına düşməkdədir.

Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, dosent Ağasəlim Həsənov deyib.

O, Xocalı faciəsinin faktiki olaraq Azərbaycan xalqına qarşı etnik zəmində həmin bölgədə yaşayan terrorçu erməni hərbi birləşmələri tərəfindən törədilən soyqırımı olduğunu xatırladıb. Bildirib ki, bu soyqırımı etnik fərqlilik baxımından, yəni düşmənçilik kontekstində dəyərləndirilərək törədilib: “Xocalıda baş verən hadisələr tarixi düşmənçiliyin növbəti bir mərhələsi idi. Demək olar ki, Xocalı soyqırımı azərbaycanlılar üçün mühüm tarixi yaddaş məsələsidir. Çünki xalq öz keçmişini bilməli, ona qarşı törədilmiş bu cür qətliamları unutmamalıdır. Tariximizdə baş vermiş bu kimi faciəli hadisələr gələcək nəsillərə də çatdırılmalıdır. Xalqı ayaqda tutan, milli kimliyi aşılayan, onu dostunu və düşmənini tanıyan bir topluma çevirən əsas amillərdən biri də tariximizdə baş vermiş bu cür hadisələrdən nəticə çıxarmaqdır. Baş verən hadisələr bir tərəfdən qətliamdırsa, digər tərəfdən bu faciədən çıxardığımız nəticələr gələcəyimiz üçün bir istiqamət göstəricisidir. Artıq xalqımız və dövlətimiz yüz illər boyu bu coğrafiyada baş verən haqsızlıqlardan, xalqımıza qarşı törədilən qətliamlardan və buna bənzər hadisələrdən nəticə çıxarıb. Bu nəticələr hər zaman “güclü ol”, “hər bir təcavüzə qarşı müqavimətli ol” düşüncəsini formalaşdırıb. Bu gün güclü dövlətimiz, xalqımızın tarixi yaddaşı var və lazım gəldikcə tarixi şərait dəyişdikdə xalqımız da, dövlətimiz də necə davranmalı olduğunu müəyyən etməkdə çətinlik çəkmir”.

Müxbir - Günel Türksoy

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
26
1
azertag.az

2Источники