RU

“Azərbaycan İrana qarşı cəbhədə yer alır” təbliğatı necə MƏHV EDİLDİ? – İLGİNC FAKTLAR

İran rəsmilərinin sərt bəyanatları regionda gərginliyi yenidən artırıb. İranın yüksək vəzifəli siyasətçilərindən biri olan Əli Laricani ABŞ prezidenti Donald Tramp ilə bağlı səsləndirdiyi kəskin fikirlərlə diqqət çəkib. Onun Trampı məhv etməklə bağlı hədələri beynəlxalq siyasətdə yeni gərginlik dalğasının yarana biləcəyi ehtimalını gücləndirib.

Qeyd edək ki, son günlər sərt çıxış edən İran rəsmilərini ABŞ və İsrail qüvvələrinin öldürdüyünü açıq-aşkar gördük.

Laricaninin bu çıxışını necə qiymətləndirmək olar?

Mövzu ilə bağlı açıqlama verən deputat Tənzilə Rüstəmxanlı bildirib:

Milli

“Əlbəttə ki, müharibə şəraitində olan tərəflərin bir-birinə ittiham və təhdid bəyanatlarının olması təbiidir. Amma bugünkü situasiya müharibədən öncə gözləniləndən xeyli fərqlidir”.

Deputatın sözlərinə görə, İran ABŞ Prezidenti Donald Trampın administrasiyasının gözlədiyindən daha çox hərbi əməliyyatlara hazır olduğunu nümayiş etdirir. Bu gün ABŞ tərəfindən qeydə alınan itkilərin sayı, həmçinin İranın Ali Dini Lideri Əli Xameneinin ölümündən sonra belə döyüşlərin davam etməsi Tehranın müharibəyə daha hazırlıqlı olduğunu sübuta yetirir.

“Eyni zamanda, ABŞ rəsmiləri münaqişə davam etdiyi təqdirdə, itkilərin artacağını gözlədiklərini bildiriblər. Həmçinin beynəlxalq hüquq nöqteyi-nəzərindən bir ölkənin dövlət başçısını qətlə yetirmək, onun ərazisini raket atəşinə tutmaq beynəlxalq hüququn pozulması deməkdir”, — Tənzilə Rüstəmxanlı əlavə edib.

“ABŞ-nin İranda keçirdiyi əməliyyatlar müəyyən dərəcədə beynəlxalq hüquq prinsiplərini pozur və bu da Vaşinqtonun nüfuzuna ciddi xələl gətirir. İran ətrafında cərəyan edən proseslərdə Azərbaycanın, dövlət başçısının mövqeyi beynəlxalq ictimaiyyət tərəfindən xüsusilə izlənilir və təqdir olunur. İrana qarşı heç vaxt platforma olmayan Azərbaycan SEPAH-dan qaynaqlanan iddialara rəğmən, bu müharibədə də qonşuluq prinsiplərindən çıxış edir. Naxçıvan hücumu ilə bağlı Bakının Tehran qarşısında qaldırdığı tələblərin – hadisənin araşdırılması, günahkarların cəzalandırılması hələ də yerinə yetirilmədiyinə baxmayaraq, Azərbaycanın humanitar yardım göndərməsi iki kontekstdə xüsusilə əhəmyyətlidir. Humanitar yardımın göndərilməsi ilə bu, praktiki müstəvidə bir daha nümayiş etdirildi. Bu yardım İranın cənubdakı soydaşlarımız arasında apardığı “Azərbaycan İrana qarşı cəbhədə yer alır” təbliğatına qarşı “qalxan effekti” yaradır və təkcə müharibənin gedişində yox, post-müharibə dövründə də, nəticənin necə olmasından asılı olmayaraq, ciddi istinad nöqtəsi olacaq”, — deputat vurğulayıb.konkret.az

Избранный
108
3
moderator.az

4Источники