RU

Fransa İran ətrafındakı münaqişəni bəyənmir – XİN başçısı

Fransa İran ətrafındakı münaqişəni bəyənmir və orada iştirak etmir.

İnterpress.az xəbər verir ki, bu barədə “BFMTV” məlumat yayıb.

Fransanın xarici işlər naziri Jan-Noel Barro ölkəsinin İran ətrafında cərəyan edən hərbi gərginliklə bağlı rəsmi mövqeyini açıqlayıb.

Nazir bildirib ki, Paris mövcud münaqişəni dəstəkləmir.

“Fransa İran ətrafındakı münaqişəni təqdir etmir və orada iştirak etmir”, – o vurğulayıb.

Bu bəyanat ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlar fonunda verilib.

Fransa rəsmi şəkildə bu proseslərdən kənarda qaldığını və hərbi münaqişəni çıxış yolu kimi görmədiyini nümayiş etdirib.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
78
interpress.az

1Источники