RU

İran ABŞ-ın 11 dronunu vurub

Yazını böyüt
Yazını kiçilt

İran tərəfinin müharibədə 11 ABŞ dronunu vurduğu bildirilir.

Hafta.az yazır ki, “CBS News”un ABŞ rəsmilərinə istinadən verdiyi məlumata görə, ABŞ ordusu İrana qarşı müharibə zamanı 11 MQ-9 Reaper pilotsuz uçuş aparatını itirib.

İranın son günlər daha iki dron vurması ilə vurulan Amerika dronlarının ümumi sayı 11-ə çatıb.

İtirilən bu pilotsuz təyyarələrin ümumi dəyərinin 330 milyon dollardan çox olduğu təxmin edilir.

MQ-9 Reaper dronları müşahidə və kəşfiyyat missiyaları, eləcə də dəqiq zərbə əməliyyatları üçün istifadə edilən pilotsuz uçuş aparatlarıdır.

Münaqişə zamanı bir neçə İsrail Hermes dronunun vurulduğu da bildirilib. Amma onların sayı ictimaiyyətə açıqlanmayıb.

Избранный
71
hafta.az

1Источники