RU

İctimai nəqliyyatın təkmilləşdirilməsi ilə bağlı təkliflər irəli sürülüb

Gununsesi portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bakı şəhərində ictimai nəqliyyatdan istifadənin stimullaşdırılması və şəhər mərkəzinə şəxsi avtomobillərin axınının azaldılması məqsədilə bir sıra təkliflər irəli sürülüb.

Gununsesi.info  xəbər verir ki, təkliflərə görə, paytaxtda müasir standartlara cavab verən avtobusların sayının artırılması, o cümlədən sərnişin tutumu daha çox olan ikimərtəbəli avtobusların alınması məsələsinə baxılması nəzərdə tutulur.

Bununla yanaşı, sərnişin sıxlığı nəzərə alınaraq avtobusların hərəkət intervallarının minimuma endirilməsi də təklif edilir. Bildirilir ki, bəzi marşrutlarda avtobusların gözləmə müddəti 10–20 dəqiqədən artıq olur ki, bu da sərnişinlər üçün ciddi narahatlıq yaradır.

Təkliflərdə həmçinin sürücülərin peşəkarlıq səviyyəsinə və etik davranış qaydalarına riayət olunmasına nəzarətin gücləndirilməsi, eləcə də avtobuslarda havalandırma sisteminin hava şəraitinə uyğun şəkildə mütləq təmin edilməsi məsələsi də yer alır. Qeyd olunur ki, bəzi hallarda avtobuslarda pəncərələrin və nəfəsliklərin açılmaması, həmçinin havalandırma sisteminin işləməməsi sərnişinlərin sıx olduğu vaxtlarda havasızlıqla bağlı narazılıqlara səbəb olur.

Bundan başqa, sərnişinlərin avtobuslara minib-enmə qaydalarının da təkmilləşdirilməsi təklif olunur. Bildirilir ki, xüsusilə pik saatlarda mövcud qaydalar həm avtobusların, həm də sərnişinlərin gecikməsinə səbəb olur. Bu səbəbdən daha çevik və effektiv mexanizmlərin tətbiqinin zəruri olduğu vurğulanır.

Qeyd edək ki, İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva ötən ilki fəaliyyətinə dair məruzəsini parlamentə təqdim edib.

Sözügedən məruzədə aidiyyəti qurumlara təklif və tövsiyələr əks olunub.

Orxan

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
62
icma.az

1Источники