RU

Saat 13:30-da işıq kəsiləcək – BU ƏRAZİLƏRDƏ

Bu gün Culfa rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.

Bizim.Media xəbər verir ki, yeni çəkilən 110 kilovoltluq hava elektrik verilişi xəttlərinin istismara verilməsi ilə əlaqədar 35/10 kV-luq Əbrəqunus yarımstansiyasını qidalandıran 35 kilovoltluq "Əbrəqunus" hava elektrik verilişi xətti razılaşdırılmış sifarişə əsasən açılacaq.

Bununla əlaqədar Xoşkeşin, Teyvaz, Milax, Ərəfsə, Saltaq, Bənəniyar, Kırna, Ləkətağ və Boyəhməd kəndlərində saat 13:30-dan 15:00-dək elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.

Bizim.Media

Избранный
104
14
bizim.media

10Источники