RU

Üç kəndin adı milliləşdirildi

 Milli Məclis yanında Toponimiya Komissiyasının bu gün keçirilən iclasında Quba rayonu ərazisində üç kəndin   adının dəyişdirilməsi ilə bağlı məsələ müzakirə olunub.

Ölkə.az xəbər verir ki, iclasda Quba rayonunda Vladimirovka kənd inzibati ərazi dairəsinin tərkibinə daxil olan Vladimirovka, həmçinin Alekseyevka kənd inzibati ərazi dairəsinin tərkibinə daxil olan Alekseyevka və Timiryazev yaşayış məntəqəsinin adlarının dəyişdirilməsi ilə bağlı müzakirə olunub.

Müzakirələrin yekunu olaraq kəndlərin adlarının müvafiq olaraq Vladimirovka Elbir, Alekseyevka Çinarlı, Timiryazev kəndi isə  Bəhrəli  olması barədə qərar qəbul edilib.
 Müzakirələrin yekunu olaraq  məsələ Milli Məclisin plenar iclasına təklif olunub.

Mürtəza

Избранный
44
26
olke.az

10Источники