RU

İranın hava qüvvələrinə sarsıdıcı zərbə: F-14-lər aviabazada darmadağın edildi

Müdafiə sahəsində kəşfiyyat fəaliyyəti ilə məşğul olan "Vantor" şirkəti İsfahan şəhəri yaxınlığındakı aviabazada İsrailin zərbələri nəticəsində darmadağın edilmiş hərbi texnikanın fotolarını paylaşıb.

Musavat.com xəbər verir ki, görüntülərdə aviabazanın uçuş-enmə zolaqlarında ciddi zədə almış bir neçə F-14 "Tomcat" qırıcısı, həmçinin təyyarələr üçün nəzərdə tutulmuş üç böyük sığınacağın və digər hərbi tikilinin tamamilə dağılması aydın görünür.

Bundan əvvəl İsrail Müdafiə Ordusu (ÇAXAL) İsfahan ərazisinə endirilən zərbələr zamanı yalnız qırıcıların deyil, həm də strateji əhəmiyyətli radar sistemləri və hava hücumundan müdafiə (HHM) qurğularının məhv edildiyini bəyan etmişdi.

ABŞ istehsalı olan bu F-14 qırıcıları İrana 1979-cu il İslam İnqilabından əvvəl tədarük edilib və Tehranın hava qüvvələrinin ən qiymətli texnikaları hesab olunurdu. Ehtiyat hissələrinin tapılmasında yaranan çətinliklərə rəğmən, İran bu təyyarələri uçuş vəziyyətində saxlamağa çalışırdı.

Peyk fotoları göstərir ki, İsrailin nöqtə atışları İranın hava gücünə bərpası qeyri-mümkün olan ağır zərbə vurub. Hərbi ekspertlər bu itkilərin İranın mərkəzi bölgələrinin müdafiə qabiliyyətini əhəmiyyətli dərəcədə zəiflətdiyini vurğulayırlar.

Musavat.com

Избранный
95
50
musavat.com

10Источники