Korolev adına Samara Universitetinin alimləri pilotsuz uçuş aparatlarında (PUA) istifadə olunan kiçik qaz turbinli mühərriklər üçün sınaq kompleksi yaradıblar. Bu, mühərrikləri ekstremal iqlim şəraitində sınaqdan keçirməyə imkan verir.
Herbiand.az bu barədə Universitetin mətbuat xidmətinə istinadən bildirir.
Məlumata görə, sınaqlar -50-dən +50 dərəcə Selsiyə qədər olan temperaturda və 10.000 metrə qədər yüksəkliklərdə atmosferi simulyasiya edən şəraitdə aparıla bilər. Qurğu artıq istismara verilib və son sınaqlar aparılır.
Bəxtiyar CƏFƏRLİ