RU

Sifarişlə maşın alarkən aldanmamaq üçün bunları edin - QAYDALAR

Avtomobili xaricdən sifariş etmək daxili bazarla müqayisədə daha ucuz başa gəlir, buna görə də bu xidmətə tələbat kifayət qədər çoxdur.

Bəs belə hallarda aldadılmamaq üçün nə etmək lazımdır?

Day.Az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, vətəndaşlar daha çox sosial şəbəkələr vasitəsilə aldadılırlar.

Bəzən bu şəxslərin ofisləri belə olmur. Hətta bəzi hallarda insanları tanıdıqları şəxslər vasitəsilə də aldadırlar. Məsələn, kimsə deyir ki, filan şirkətdən maşın alıb və başqalarına da həmin yerə müraciət etməyi tövsiyə edir. Belə hallarda isə həmin dələduzların yanında onlara dəstək olan və guya güvən yaradan başqa şəxslər də olur.

Bu səbəbdən vətəndaşların çox diqqətli və ehtiyatlı olması vacibdir. Əgər danışıqlar qeyri-rəsmi aparılıbsa və ortada heç bir sənəd yoxdursa, vətəndaşın dələduzluğun qurbanına çevrilmə ehtimalı daha yüksək olur.

Belə hallarla üzləşməmək üçün ilk növbədə alış-verişin rəsmi şəkildə rəsmiləşdirilməsi əsas şərtdir. Şirkətin təqdim etdiyi sadə çeklə yanaşı, bank köçürməsi ilə ödəniş edilməsi və bununla bağlı qəbzin alınması daha etibarlı hesab olunur. Həmçinin vətəndaş ödədiyi vəsaitin həqiqətən avtomobilin alınması üçün xarici ölkəyə yönləndirildiyinə əmin olmalıdır.

Hüquqşünaslar bildirirlər ki, belə hallara yalnız mülki mübahisə kimi yanaşmaq düzgün deyil. Əgər şəxs kiməsə avtomobil alması üçün, məsələn, 20 min dollar pul verirsə və qarşı tərəf əvvəlcədən həmin pulu mənimsəmək niyyəti ilə hərəkət edirsə, bu artıq müqavilə öhdəliyinin pozulması deyil, dələduzluq kimi qiymətləndirilməlidir və həmin şəxs məsuliyyətə cəlb olunmalıdır.

Mütəxəssislər vətəndaşlara tövsiyə edirlər ki, müqavilə bağlanmadan pul verməsinlər, şirkətin rəsmi qeydiyyatını yoxlasınlar, ödənişi bank vasitəsilə həyata keçirərək qəbz tələb etsinlər və avtomobil sifarişi zamanı məbləğin 100 faizini əvvəlcədən ödəməkdən çəkin sinlər.

Elcan Turan
Day.Az

Избранный
38
day.az

1Источники