RU

“Sabah” Premyer Liqada 100-cü qələbəsini qazanıb

“Sabah” Premyer Liqada 100-cü qələbəsini qazanıb.

İdman.Biz Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bu, “Qəbələ” ilə ev oyununa təsadüf edib.

Bakı klubu Azərbaycan Premyer Liqasının 23-cü turunda 7:1 hesabı ilə qalib gəlib.

2018/2019 mövsümündən Premyer Liqada çıxış edən “Sabah” 235-ci matçında 100-ə çatıb. Bu qələbələrdən 52-si evdə, 48-i səfərdə əldə olunub. Paytaxt təmsilçisi turnirin tarixində 100 və daha çox oyunda qalib gələn 14-cü komandadır.

Qeyd edək ki, “Sabah” ilk qələbəsini 2018-ci il avqustun 12-də həmin vaxt “Keşlə” adlanan indiki “Şamaxı” üzərində qazanıb - 1:0.

İdman.Biz
Məqalədə:
Избранный
42
6
idman.biz

8Источники