RU

Yaxın Şərqdəki münaqişə regionun turizm sektoruna gündəlik 600 milyon dollar zərər vurur

Yaxın Şərqdəki hərbi münaqişə regionun turizm sənayesinə gündə 600 milyon dollara başa gəlir.

"Report" xəbər verir ki, bu barədə "The Financial Times" nəşri Ümumdünya Səyahət və Turizm Şurasının (WTTC) məlumatlarına istinadən yazır.

"Hətta qısamüddətli axsamalar bütün regionda turizm istiqamətləri, müəssisələr və işçilər üçün tez bir zamanda əhəmiyyətli iqtisadi itkilərə gətirib çıxara bilər", - WTTC-nin sədri Qloriya Gevara qeyd edib.

Münaqişə başlamazdan əvvəl WTTC 2026-cı ildə əcnəbi turistlərin Yaxın Şərqdə təxminən 207 milyard ABŞ dolları xərcləyəcəyini qiymətləndirirdi.

Избранный
75
1
far.az

2Источники