RU

"Sabah"dan 100-cü qələbə

BAKI, 11 mart. TELEQRAF

Sabah” Premyer Liqada 100-cü qələbəsini qazanıb.

Teleqraf PFL-in rəsmi saytına istinadən xəbər verir kİ, bu, “Qəbələ” ilə ev oyununa təsadüf edib.

Bakı klubu Azərbaycan Premyer Liqasının XXIII turunda 7:1 hesabı ilə qalib gəlib.

2018/19 mövsümündən Premyer Liqada çıxış edən “Sabah” 235-ci matçında 100-ə çatıb. Bu qələbələrdən 52-si evdə, 48-i səfərdə əldə olunub. Paytaxt təmsilçisi turnirin tarixində 100 və daha çox oyunda qalib gələn 14-cü komandadır.

Qeyd edək ki, “Sabah” ilk qələbəsini 2018-ci il avqustun 12-də həmin vaxt “Keşlə” adlanan indiki “Şamaxı” üzərində qazanıb – 1:0.

Избранный
53
6
teleqraf.com

8Источники