RU

Yaxın Şərqdə gərginlik: Bütün dünyada benzin bahalaşır

Yaxın Şərqdəki gərginliyin genişlənməsi fonunda artıq bir sıra Avropa ölkələrində yanacaq bazarında məhdudiyyətlər tətbiq olunmağa başlayıb. Bir çox ölkələrdə benzin idxalına qadağalar qoyulur, qiymətlər isə sürətlə bahalaşır. Hətta Macarıstan Aİ-95 (Premium) benzininin idxalını rəsmən qadağan edib. Məlum olduğu kimi, Azərbaycan Aİ-95 (Premium) markalı benzini əsasən xarici ölkələrdən idxal edir. Belə olan halda vəziyyət necə dəyişə bilər? Dünyada baş verən proseslər benzin qiymətlərinə və Azərbaycana necə təsir göstərə bilər?

Publika.az mövzu ilə bağlı mütəxəssisə müraciət edib.

İqtisadçı-ekspert Rəşad Həsənov saytımıza açıqlamasında bildirib ki, Azərbaycan hazırda Aİ-95 (Premium) markalı benzin üzrə daxili tələbatı tam şəkildə yerli istehsal hesabına ödəyə bilmir. Onun sözlərinə görə, ölkədə müəyyən həcmdə istehsal olsa da, bazarın böyük hissəsi idxaldan asılı olaraq qalır.

“Aİ-95 (Premium) markalı benzinin istehsalına başlanılsa da, hazırda istehsalda müəyyən azalma meyilləri müşahidə olunur və bu səbəbdən daxili bazarın təminatı baxımından idxal hələ də əsas rol oynayır”, - deyə ekspert qeyd edib.

R.Həsənov bildirib ki, bu yanacaq növü üzrə Azərbaycanda sabit dövlət tarifi tətbiq edilmir və qiymətlər bazar prinsipləri əsasında formalaşır. Onun sözlərinə görə, mövcud vəziyyətdə bazarda müəyyən monopoliyaya bənzər şərait də formalaşıb.

Избранный
67
publika.az

1Источники