RU

Tramp: İranın dəniz minaları yerləşdirən 10 gəmisini məhv etdik – FOTO

ABŞ dəniz minaları qoymaq üçün istifadə edilə bilən 10 İran gəmisini məhv edib.

İnterpress.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp məlumat yayıb.

ABŞ Prezidenti Donald Tramp Amerika Silahlı Qüvvələrinin İrana qarşı keçirdiyi əməliyyatın yeni detallarını açıqlayıb. Tramp bildirib ki, son bir neçə saat ərzində dəniz minalarının döşənməsi üçün istifadə oluna biləcək 10 İran qayığı hədəfə alınaraq sıradan çıxarılıb.

“Məmnuniyyətlə bildirmək istəyirəm ki, son bir neçə saat ərzində biz minaların quraşdırılması üçün nəzərdə tutulan 10 qeyri-aktiv qayığı və ya gəmini vuraraq tamamilə məhv etdik. Ardı daha böyük olacaq”, – deyə Amerika lideri öz bəyanatında vurğulayıb.

Qeyd edək ki, ABŞ-ın bu addımı Hürmüz boğazı və regiondakı dəniz ticarət yollarının təhlükəsizliyini təmin etmək və İranın dəniz minaları yerləşdirmək planlarının qarşısını almaq məqsədi daşıyır.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
60
interpress.az

1Источники