UEFA Çempionlar Liqasında "Qalatasaray" klubu "Liverpul"u qəbul edib.
Offsideplus.az xəbər verir ki, oyundan əvvəl "Qalatasaray" azarkeşləri futbolçu Viktor Osimhen üçün möhtəşəm tifo qaldırıb. Nigeriyalı futbolçu isə həmin anları seyr edərək kövrəlib.
Oyundan sonra isə Viktor Osimhen klub azarkeşlərinə emosional mesaj göndərib. Nigeriyalı hücumçu bildirib ki, "Qalatasaray"la yollarının kəsişməsi taleyin işidir:
“Yollarımın "Qalatasaray"la kəsişməsi taleyin işi idi. Bu, qismətdir. Hazırlanan tifo çox emosional idi. Hamınızı çox sevirəm”, – deyə Osimhen bildirib.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта