RU

İsveçrədə avtobusda YANĞIN: Azı 6 nəfər HƏLAK OLDU – VİDEO

İsveçrədə sərnişin avtobusunda yanğın azı 6 can alıb.

İnterpress.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

İsveçrənin Kertsers şəhərində sərnişin avtobusunun yanması nəticəsində azı altı nəfər həyatını itirib. Hadisə zamanı daha bir neçə nəfərin yaralandığı bildirilir.

Faciə yerində helikopterlərin də iştirakı ilə genişmiqyaslı xilasetmə əməliyyatı həyata keçirilir.

Yaralılar təcili olaraq xəstəxanalara çatdırılıb, onların vəziyyəti barədə məlumatlar dəqiqləşdirilir.

Yanğının başvermə səbəbi hələlik məlum deyil. Faktla bağlı yerli hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
93
interpress.az

1Источники