BAKI, 11 mart. TELEQRAF
ABŞ Prezidenti Donald Trampın administrasiyası İsraildən İranın enerji sektoruna, xüsusilə də neft infrastrukturuna zərbələri dayandırmağı xahiş edib.
Teleqraf xəbər verir ki, bu barədə "Axios" portalı mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Vaşinqton İsrailə İranın enerji obyektlərinə hücumları müvəqqəti dayandırmaq çağırışı edib. Xüsusilə ölkənin neft infrastrukturu ilə bağlı zərbələrin dayandırılması istənilib.
Portalın məlumatına əsasən, bu, İran əleyhinə əməliyyat başlayandan bəri ABŞ administrasiyasının İsrailin hərbi fəaliyyətini məhdudlaşdırmağa çalışdığı ilk hal hesab olunur.