Ukrayna Prezidenti Vladimir Zelenski Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinə (BKİ) Rusiyanın müdafiə sənayesi ilə bağlı tapşırıq verib.
"Ölkə.az" xəbər verir ki, Ukrayna lideri bu barədə özünün Telegram kanalında məlumat yayıb.
“Mən kəşfiyyata Rusiya hərbi sənaye istehsalı ilə bağlı daha fəal işləməyi tapşırmışam”, o bildirib.
Martın 10-da Ukrayna Silahlı Qüvvələri (USQ) Bryanska Storm Shadow uzaq mənzilli hava-yer kruiz raketlərindən istifadə edərək hücum edib . Zərbələrdən biri mobil cihazlar üçün mikroçip istehsalı üzrə ixtisaslaşmış bir fabrikə düşüb.
Fevralın 20-də "The Wall Street Journal" qəzeti Zelenskinin Rusiya ilə münaqişəni daha üç il idarə etmək üçün plan hazırlamağı əmr etdiyini bildirib. Qəzetin məlumatına görə, Ukrayna prezidenti bunu Rusiya ilə danışıqların uğuruna inamsızlığı ilə əsaslandırıb.
Elvin
Ölkə.az