Futbol üzrə Misli Premyer Liqasında XXIII tura yekun vurulub.
Publika.az xəbər verir ki, son oyun günündə bir qarşılaşma keçirilib. Lider “Sabah” öz meydanında “Qəbələ”ni qəbul edib. Görüş ev sahiblərinin 7:1 hesablı qələbəsi ilə bitib.
Bu nəticədən sonra xallarını 56-ya çatdıran “Sabah” turnir cədvəlində liderliyini möhkəmlədib. 16 xalı olan “Qəbələ” isə 11-ci sırada qərarlaşıb.